`Real` `Selta` ilə oyunda üstünlüyü əldən verib - VİDEO
08.01.2018 900 0.0 0

"Real" futbol üzrə İspaniya Primerosunun 18-ci turunda "Selta" üzərində qələbəni əldən verib.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, Viqo şəhərinin "Balaidos" stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Madrid klubu Qaret Beylin vurduğu qollar sayəsində 2:1 irəlidə olsa da, üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib.

"Real" hazırda ehtiyatda bir oyunu olmaqla 32 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "Barselona"dan 16 xal geri qalır. "Selta" 22 xal ilə 14-cüdür.

İspaniya Primerosu. 18-ci tur

"Selta" – "Real" - 2:2

Qollar: 1:0 – Vass – 33, 1:1 – Bgyl – 36, 1:2 – Bgyl – 38, 2:2 – Qomes – 82

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar