`Qızıl top`un verilməsi qaydaları dəyişəcək
12.03.2022 564 0.0 0


Prinsiplərin azarkeşlər üçün daha anlaşıqlı, şəffaf və aydın olması üçün “Qızıl top”un təqdim edilməsi qaydaları dəyişdirilir.

Əvvəla, indi futbolçuların təqvim ili deyil, mövsüm üzrə nəticələri nəzərə alınacaq. Buna görə də növbəti “Qızıl top” 2021/22 mövsümünün sonunda veriləcək. 2022-ci ilin dekabrında baş tutacaq DÇ-2022-nin nəticələri 2023-cü ilin ən yaxşı oyunçusu seçilərkən nəzərə alınacaq.

İkincisi, yalnız FİFA-nın 100 ən yaxşı reytinqinə daxil olan ölkələrin nümayəndələri səs verə biləcəklər.

Üçüncüsü isə, indi əsas meyar komanda kubokları deyil, fərdi nailiyyətlər olacaq. Həmçinin, komandanın nəticələri, oyunçunun fərdi keyfiyyətləri və ədalətli oyun prinsiplərinə sadiqliyi də nəzərə alınacaq.

Qeyd edək ki, “Qızıl top”un son qalibi PSJ-nin hücumçusu Lionel Messidir.

Mənbə: oxu.az


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar