`Qızıl top`a iddialıların siyahısı açıqlanıb
22.10.2019 103 0.0 0

Nüfuzlu fransız nəşri "France Football" "Qızıl top"a iddialıların siyahısını dərc edib.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, siyahıda ümumilikdə 30 futbolçunun adı yer alıb.

Siyahıda Sadio Mane ("Liverpul", Seneqal), Serxio Aquero ("Mançester Siti", Argentina), Frenki de Yonq ("Ayaks" / "Barselona", Niderland), Uqo Loris ("Tottenhem Hotspur", Fransa), Duşan Tadiç ("Ayaks", Serbiya), Kilian Mbappe ("Pari Sen-Jermen", Fransa), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Donni van de Bek ("Ayaks", Niderland), Per-Emerik Obameyanq ("Arsenal", Qabon), Mark-Andre ter Şteqen ("Barselona", Almaniya), Kriştianu Ronaldu ("Yuventus", Portuqaliya), Alison Beker ("Liverpul", Braziliya), Mateys de Liqt ("Ayaks"/ "Yuventus", Niderland), Kerim Benzema ("Real", Fransa), Jorjino Veynaldum ("Liverpul", Niderland), Virdjil van Deyk ("Liverpul", Niderland), Bernardu Silva ("Mançester Siti", Portuqaliya), Son Hın Min ("Tottenhem Hotspur", Cənubi Koreya), Roberto Firmino ("Liverpul", Braziliya), Robert Levandovski ("Bavariya", Polşa), Lionel Messi ("Barselona", Argentina), Riyad Marez ("Mançester Siti", Əlcəzair), Kevinde Bryoyn ("Mançester Siti", Belçika), Kalidu Kulibali ("Napoli", Seneqal), Antuan Qrizmann ("Atletiko"/"Barselona", Fransa), Məhəmməd Salah ("Liverpul", Misir), Eden Azar ("Çelsi"/"Real", Belçika), Markinos ("Pari Sen-Jermen", Braziliya), Joau Feliş ("Benfika"/"Atletiko", Portuqaliya), Rahim Sterlinq ("Mançester Siti", İngiltərə) kimi məşhur futbolçuların adları yer alıb.

Qeyd edək ki, "France Football"un versiyasına görə dünyanın ən yaxşı futbolçusu dekabrın 2-də Parisdə elan ediləcək. Mükafatların təqdimatı təntənəli mərasimlərindən birinin aparıcısı "Çelsi"nin keçmiş hücumçusu Didye Droqba olacaq.

Keçən il "Qızıl top" "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.


Digər xəbərlər:
Şərhlər
avatar