`Qarabağ` yeni transferini açıqlayıb
12.01.2022 365 0.0 0

"Qarabağ" yeni transferini açıqlayıb.

Trend xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Yaqelloniya" klubundan gürcüstanlı qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Quqeşaşvili "Qarabağ"da 23 nömrəli forma ilə çıxış edəcək. 22 yaşlı qapçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar