`Qarabağ` komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb
09.01.2018 775 0.0 0

 "Qarabağ" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, Antalya bölgəsində hazırlıq keçəcək Azərbaycan təmsilçi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv toplanış dönəmində 6 yoxlama oyununda qüvvəsini sınayacaq. İlk matçını yanvarın 17-də Rusiya "Kuban"ına qarşı keçirəcək “Qarabağ” bundan 3 gün sonra Polşanın "Lexiya" komandası ilə üz-üzə gələcək.

Yanvarın 25-də isə iki oyun planlaşdırılıb. Son çempion öncə Makedoniyanın "Şkupi", ardınca Ukraynanın "Mariupol" klubu ilə qarşılaşacaq. Ayın 29-da Bosniya və Hersoqovina təmsilçisi "Sarayevo" ilə qüvvəsini sınayacaq ağdamlılar son oyunlarını fevralın 3-də Monteneqronun "Mladost" komandasına qarşı keçirəcəklər.

Qeyd edək ki, “Qarabağ” fasiləyə “qış çempionu” kimi yollanıb. Ağdam klubu Premyer Liqanın geridə qalan 14 turundan sonra 37 xalla 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Qəbələ”ni 6 xal qabaqlayır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar