`Qarabağ`ın futbolçusu: `Marsel`lə oyunda təslim olmayacağıq
23.02.2022 213 0.0 0

"Bizi çətin oyun gözləyir".

Məlumata görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Fransanın "Marsel" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk oyundan sonra rəqibin necə güclü olduğunu bir daha gördüklərini vurğulayıb.

Braziliyalı oyunçu cavab qarşılaşmasında təslim olmayacaqlarını söyləyib: "Birinci oyunu analiz etmişik, Buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq. Ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. Öz gücümüzə də bələdik. Hesab əlehyimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayacaq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik".

Borges cavab görüşündə doğma azarkeş amilindən yararlanmağa çalışacaqlarını bildirib: "Səfər oyunundan əvvəl də bizi necə çətin matçın gözlədiyini bilirdik. Qol şanslarından yararlana bilsəydik, bəlkə fərqli olardı. Amma rəqib şanslardan istifadə etdi. Evdəki qarşılaşmada dolu tribunalar olacaq, hər kəs bizi qələbəyə səsləyəcək. Meydanda xarakter göstərmək və əlimizdən gələni etmək niyyətindəyik".

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar