`Qarabağ`ın baş məşqçisi: `Futbolçular möhtəşəm oynadılar`
25.02.2022 415 0.0 0

"Futbolçular bu gün möhtəşəm oynadılar".

Məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis böyükhesablı məğlubiyyəti əvvəlcədən gözlədiyini bildirib: "Komandanın özünə inamını artırmaq istəyirdik. Daha hücumameyilli və aqressiv futbol sərgiləmək niyyətində idik. Futbolçularımdan çox razı qaldım. Möhtəşəm oynadılar. Sadəcə, son 10 dəqiqədə hər şey məlum idi. Bir neçə dəyişikliklər etdim ki, digər oyunçular da bu ab-havanı hiss etsinlər".

Qurbanov komandasının saysız-hesabsız hücumlar etdiyini söyləyib: "Rəqib 3 qol epizodundan yararlandı. Bütün azarkeşlərə təşəkkür edirəm. Atmosfer möhtəşəm idi. Belə klubların ölkəyə gəlməsi futbolumuzun inkişafı üçün təkandır".

Təcrübəli baş məşqçi cari mövsüm avrokubokların ilk oyunundan riski gözə aldıqlarını deyib: "Sonadək qurduğumuz oyun sistemindən əl çəkmədik. Gələcəyi daha yaxşı etmək üçün bəzi anlarda nələrisə qurban verməlisən. Futbolçular bu mövsüm daha çox böyüdülər, heç nədən çəkinmədilər. Bugünkü oyunun hesabı aldadıcı ola bilər. Hesab 0:1 olsaydı, bəlkə tam fərqli fikir formalaşardı. Nəyisə qurban verməliyik ki, sabahımız daha təminatlı olsun, bizə inam versin. Futbolçuların xarakterindən çox razı qaldım. Nə qədər çətin olsa da, biz daha çox yaradıcı olmaq istəyirik. Torpaqlar işğaldan azad olunanda bir az ehtiyatlanırdım. Amma indi mən də, futbolçular da daha ürəkliyik. Bu mövsüm oyunçulardan istədiyim hər şeyi gördüm".

Qurbanov bugünkü matçda zəif oynamadıqlarını vurğulayıb: "Belə rəqibi 80 dəqiqə öz meydanında saxlamaq asan deyil. Onlar Fransada bir az fərqli oynayırdılar. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Rəqib müdafiə oluna-oluna bu qədər qol vəziyyəti yaratdığımız üçün futbolçularımdan razı qaldım. 0:2 hesabından sonra mənim üçün 3 və ya 4-cü qolu buraxmağın fərqi yox idi. Buradakı qarşılaşmada daha çox qoş şanslarımız oldu. Hətta 0:2-dən sonra müdafiəyə də çəkilə bilərdik. Amma futbolçuları o psixologiyaya salmaq istəmədim./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar