Tarix: 03.12.2016,   Saat: 06:22, Şənbə.          

`Putin tankı` kimləri və niyə qorxuya saldı...- VİDEO

Britaniya hərbi kəşfiyyatı Rusiyanın yeni T-14 “Armata” tankını təhlil edərək onun tank istehsalında dönüş olduğu qənaətinə gəlib.

“The Sunday Telegraph”a istinadən xəbər verilir ki, bu barədə kəşfiyyatın daxili sənədlərində deyilir. “Şişirtməyə yol vermədən demək lazımdır ki, “Armata” son 50 ildə tank istehsalında ən inqilabi hadisədir”-kəşfiyyat bildirir.

Britaniya kəşfiyyatında hesab edirlər ki, “Armata” qülləsinin konstruksiyasına görə novator tankdır, bu cür konstruksiya ekipaj üzvlərinin həyatını qorumağa imkan verir. Belə ki, “Armata” tankında qüllə tam avtomatlaşdırılıb və orada ekiöaj üzvləri yer almır. Hər üç ekipaj üzvü tankın ön hissəsində, zirehli kapsulda oturur. Bu da tankda hətta mərmi partlasa belə ekipajın həyatını qorumağa imkan verir.

Bundan əlavə, tank Qərb ordularının sərəncamında olan əsas döyüş tanklarına nisbətən yüngüldür, sürətlidir və kompaktdır. “Armata” kompozit zirehlə və mərminin yüksək başlanğıc sürətinə malik olan topla təchiz olunub.

 

Britaniya Müdafiə Nazirliyində “Putin tankı” kimi də tanınan “Armata”ya həsədlə baxırlar və hesab edirlər ki, London hökuməti yaxın 20 ildə analoji tipli tank istehsalına nail ola bilməyəcək. Kəşfiyyat qeyd edir ki, Rusiya “Armata” tankının bazasında daha 6 zirehli döyüş maşını, o cümlədən özüyeriyən artilleriya qurğusu və piyadaların döyüş maşını da istehsal etməyə hazırlaşır.

Britaniya hərbi kəşfiyyatı bildirir ki, Rusiya 2018-ci ildən başlayaraq ildə 120 “Armata” tankı istehsal etməyi planlaşdırır. Hazırda Rusiya ordusunun sərəncamında 2500 tank, əsasən T-90 tankları var, daha 12.500 tank isə ehtiyatdadır. Bu isə Britaniya silahlı qüvvələrinin tanklarının sayından 35 dəfə çoxdur.

NATO-nun briqada generalı, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun esksperti Ben Brri deyir ki, Rusiyanın “Armata” tanklarında insansız qüllənin mövcudluğu böyük üstünlükdür və alyansın quru qüvvələrinin atəş gücünü əhəmiyyətli dərəcədə aşağı salır.

“Armata” tankı ilk dəfə ötən il mayın 9-da Qələbə paradında nümayiş etdirilib. Tankı “Uralvaqonzavod” istehsal edir./virtualaz.org/

 



  Bölmə: Manşet | Baxış sayı: 1200 | Tarix: 06.11.2016, 20:14


Xəbərlər