`Ona-buna yalvarmağı bacarmıram` - Novruz Qartal
14.12.2021 255 0.0 0

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartal xəstəxanadan çıxdıqdan sonra qızının evinə yerləşdirilib.

Bildirək ki, "Elgizlə izlə" verilişi aktyorun yanına yollanıb.

"Uzanıram yaxşı oluram, ayağa qalxanda başım hərlənir. Pandemiyada insult keçirtdim, yemək yemədim, oturaq həyat tərzi keçirdim" deyə, N.Qartaq açıqlamasında deyib.

Aktyor illərdir kirayədə yaşaması haqda bunları söyləyib:

"Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki, teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim. Düşündüm yaxşı olacaq. Qapı döymək, ona-buna yalvarmaq mən bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim".

 

 

 

 

 

 

Mənbə: Axşam.az


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar