`Okxi` Hindistanı `ağladır` - Ölənlərin və itənlərin sayı artır
04.12.2017 892 0.0 0

Hindistanın cənub-qərb rayonlarında tüğyan edən "Okxi" tropik siklonu nəticəsində azı 20 nəfərin öldüyü bildirlir. Trend-in məlumatına görə, Tamilnad ştatının Fövqəladə Hallar Xidməti daha 100 nəfərin isə müxtəlif xəsarətlər alması barədə xəbər yayıb.

Məlumata görə, daha 100-ə yaxın insanın taleyi isə məlum deyil.

Qasırğa nəticəsində ştatda 70-dən çox evin tamamilə dağıldığı, yüzlərlə evin yararsız hala düşdüyü bildirilir.

Meteoroloqlar yaxın vaxtlarda silkonun digər ştatlara da keçəcəyi barədə xəbərdarlıq ediblər. Ştatlarda hərbçiər və xilasedicilər xəbərdarlıqdan sonra gücləndirilmiş iş rejiminə keçiblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar