`Oka` və `Zaporojets` qəza törətdi, 12 nəfər yaralı var
21.11.2017 886 0.0 0

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.   


APA-nın verdiyi məlumata görə, rayonun Bəşirabbas kəndi ərazisində "Oka" və "Zaporojets" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 6 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların arasında azyaşlıların da olduğu bildirilir. Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış. 

Bildirək ki, Goranboyda baş verən yol qəzası nəticəsində xəsarət alanlardan 6 nəfərin kimliyi məlum olub. 

 

Əliyev Ramin Nazim oğlu,  1986 

Quliyeva Şəbnəm Sabit qızı, 1999

Məmmədova Nüşabə İsrayıl, 1988

Quliyev Hüseyn Sadiq oğlu, 2002

Süleymanov Orxan Sərvan oğlu, 1997

Bayramova Sadəgül Həsən qızı, 1991

 

Faktla bağlı araşdırma aparılır. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar