`Ofeliya` qasırğası ikinci dərəcəyə qədər güclənib
13.10.2017 650 0.0 0

ABŞ-ın Qasırğa Xəbərdarlığı üzrə Milli Mərkəzi Atlantik okeanı üzərində formalaşan “Ofeliya” qasırğasının ikinci dərəcəyə qədər gücləndiyini bəyan edib.

“Report” xəbər verir ki, bu barədə idarənin saytına məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda qasırğa ərazisində küləyin maksimum sürəti 160 km/saatı ötməkdədir.

Mütəxəssislərin sözlərinə görə, “Ofeliya” Britaniya adalarına oktyabrın 16-sı günorta saatlarında çatacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar