`O səs Türkiyə`də hamını heyrətləndirən İlham - 25 min uddu
01.11.2016 1240 0.0 0

“O səs Türkiyə”nin iştirakçısı İlham Nəzərov Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Qazeta.info “Qafqazinfo” -ya istinadla xəbər verir ki, müsabiqədə laureat adı uğrunda 12 ölkədən – Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Ukrayna və Xorvatiyadan olan 19 iştirakçı mübarizə aparıb.

Münsiflər heyətinin tərkibində SSRİ xalq artisti Tamara Sinyavskaya, Bakı Musiqi Akademiyasının rektoru, professor, SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Moskvadakı “Helikon-opera” Musiqili Teatrının bədii rəhbəri Dmitri Bertman, San-Karlo (İtaliya) Opera Teatrının bədii rəhbəri Vinçentso de Vivo və başqa məşhur musiqiçilər yer alıb.

Müsabiqənin şərtlərinə görə, Qran-pri mükafatçısına 30, birinci yerin sahibinə 25, ikinci yerin qalibinə 15, üçüncü yerə layiq görülən iştirakçıya isə 10 min ABŞ dolları məbləğində mükafat ayrılıb.

Müsabiqədə birinci yerə Azərbaycan təmsilçisi İlham Nəzərov (kontrtenor), ikinci yerə də Azərbaycan təmsilçisi - beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli (bariton) layiq görülüb. Qran-pri mükafatı isə Rusiya nümayəndəsi Vasilisa Berjanskayaya təqdim edilib.

Qeyd edək ki, İlham G. Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin müəllimidir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar