`Neftçi` – `Qarabağ` oyununun biletləri satışa çıxarılıb
05.02.2022 350 0.0 0

Azərbaycan Premyer Liqasının XV turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.

Məlumata görə, qiyməti 3A sektoruna 5 manat, digər sektorlara isə 1 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 19:00-dək işləyəcək.

Qeyd edək ki, fevralın 7-də oynanılacaq "Neftçi" - "Qarabağ" qarşılaşması saat 19:00-da start götürəcək. Ağdam klubu 14 turdan sonra 33 xalla liderdir, son ölkə çempionu 22 xalla 3-4-cü yerləri bölüşdürür./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar