`Nardaran işi`ndə bir qrup şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
10.10.2016 574 0.0 0

Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan şəxslərdən 12 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Məlumata görə, vəkillər cinayət işinin materialları ilə tanış olublar. İş yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.

 

Qeyd edək ki, ötən il Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

 

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 nəfər isə qəsəbə sakini həlak olub.

 

Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq 3 yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir. Hazırda istintaqı başa çatan 12 nəfərdən başqa digər 12 nəfərdən ibarət qrupun cinayət işi üzrə isə ibtidai istintaq hazırda davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar