`Nansi`nin qapıçısı həbs edilib
17.12.2019 134 0.0 0

Fransanın "Nansi" futbol komandasının qapıçısı Baptiste Valette həbs edilib.

Bildirək ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, o, 18 yaşlı qızın zorlanmasında şübhəli bilinərək jandarmeriya tərəfindən həbs olunub.

Agentliyi məlumatlandıran mənbə bildirib ki, 2001-ci il təvəllüdlü qız istintaq orqanlarına gecə klublarından birində zorakılıqla üzləşməsi ilə bağlı müraciət edib. Hadisə dekabrın 14-dən 15-ə keçən gecə baş verib.

Futbolçu həmin gün polis bölməsinə aparılıb. Baptiste Valette sərxoş olduğundan dindirilmə başqa vaxta keçirilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar