`Moody's` : FED uçot dərəcəsini artırmamaqla yanlışlığa yola verib
23.09.2016 472 0.0 0

"ABŞ-nı Federal Ehtiyatlar Sistemi (FED) əlinə düşdüyü fürsətdən istifadə etməməklə, yəni uçot dərəcəsini artırmamaqla yanlış addım atdı".


Məlumata görə, bunu "Moody's" beynəlxalq reytinq agentliyinin baş iqtisadçısı Mark Zandi deyib.

Onun sözlərinə görə, FED sentyabrda faiz dərəcələrini artırmamaqla böyük risk edib: "Dekabra qədər gözləməklə FED inflyasiyanın 2%-dək artacağından əmin olmaq istəyib və bu addım məntiqli sayıla bilər. Lakin o vaxta qədər ciddi risklər yarana bilər"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar