`Miss France`nin iştirakçısı traktorun altında qalaraq ölüb
30.04.2019 492 0.0 0

2017-ci ildə keçirilən Fransa gözəllik müsabiqəsinin ("Miss France") iştirakçısı Morqan Rollan traktorun altında qalaraq ölüb.

 

 

 

“Report” “La Dauphine Libere”yə istinadən xəbər verir ki, Luar departamentinin Voşe şəhəri yaxınlığında velosiped sürən 22 yaşlı qız qəflətən yola çıxan avtomobildən yayınmaq istərkən oradan keçən traktorun altında qalıb.

Morqan xəstəxanada dünyasını dəyişib. 

Hadisə zamanı başqa zərərçəkən olmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar