`Milan` Susonu satmağa hazırdır
30.12.2019 563 0.0 0

Hücumçu Zlatan İbrahimoviçlə müqavilənin imzalanmasından sonra "Milan" rəhbərliyi digər hücumçu Susonun transferini həyata keçirməyə hazırdır.

Bildirək ki, bu barədə yerli "Calciomercato.com" bildirir.

Qeyd edilir ki, "qırmızı qaralar" Susonun satışından 25 milyon avro qazanmaq istəyirlər. Oyunçu ilə "Napoli" və "Sevilya" klubları maraqlanır.

Suso 2015-ci ilin yanvarından "Milan"da çıxış edir. Onun müqaviləsi 2022-ci ilin 30 iyununda başa çatır. İyirmi altı yaşlı ispan cari mövsümdə 1 qol vurub və İtaliya A seriyasının 15 matçında 2 məhsuldar ötürmə verib.

"Milan" 21 xal toplayaraq, İtaliyanın çempionatının yarış cədvəlində 11-ci yer tutur. "Qırmızı-qara"lar 17 qarşılaşmada 6 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıblar və 8 dəfə məğlub olublar./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar