`Mançester Siti` Erlinq Holann ilə şəxsi müqaviləsini razılaşdırıb
15.04.2022 915 0.0 0

İngiltərə "Mançester Siti"si Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann ilə şəxsi sözləşməsinin şərtlərini razılaşdırıb.

Məlumata görə, bu barədə tanınmış jurnalist Nikola Skira şəxsi tvitterində yazıb.

O bildirib ki, norveçli hücumçu "şəhərlilər"lə 2027-ci ilədək müqavilə bağlayacaq. 22 yaşlı forvardın illik əmək haqqı 30 milyon avro olacaq.

"Mançester Siti"nin Holannın 75 milyon avroluq klausulasını aktivləşdirməyə hazır olduğu vurğulanıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar