`Məqsədim böyük pullar qazanmaq deyildi`
27.12.2021 652 0.0 0

Aktyor Fərda Xudaverdiyev Rusiyadakı “Stand-up”ı ilə bağlı təəssüratlarını bölüşüb.

Axşam.az-a açıqlama verən sənətçi tədbirin biletlərinin satılmaması ilə bağlı iddiaları cavablandırmaq istəməyib:

“Konsert çox gözəl keçdi. Moskvada həmvətənlərimizlə konsert zalında, eyni zamanda ölkəmizin “stand-up”çısı olaraq görüşmək Möhtəşəm hiss idi.

Mənim üçün başlıca məqsəd böyük pullar qazanmaq yox, qürbətdə yaşayan həmyerlilərimizin üzünü güldürmək idi”.

Fərda onu da qeyd edib ki, 2022-ci ildə Bakıda və bölgələrdə də çıxışları olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar