`Mən Hindistanda yaşamaq istəyərdim, Amerikada yox` - Elariz
22.05.2017 1095 0.0 0

Bildirəkr ki, bu gün qafqazinfo.az müğənni Elariz Məmmədoğlunun "Greencard" udmağı barədə xəbər yayıb. Lakin, o, azvision.az-a açıqlamasıda dərc edilən məlumatı təkzib edib:

"Mən "Greencard" üçün müraciət etməmişəm. Həm də ingilis dilini bilmirəm. Amerikada gedib nə edəcəm ki... "Greencard" haqqında sadəcə eşitmişdim ki, belə bir şans var. Mən Hindistanda yaşamaq istəyərdim, Amerikada yox. Bəlkə də övladlarım bunu mənim adımdan ediblər. Amma mənim heç nədən xəbərim yoxdur. Özümə də qəribə gəldi".

Qafqazinfo mövzu ilə bağlı bir daha Greencard.az-ın rəhbəri Röyal Cəfərovla əlaqə saxlayıb. 

O bildirib ki, Elariz Məmmədoğlunun adı uduşu qazananlar siyahısında yer alıb:

"Həmin uduşu Elariz Məmmədoğlunun xanımı Gülnar xanım qazanıb. "Greencard"da belə bir qaydası var ki, əgər xanım uduşu qazanırsa, avtomatik olar ailə üzvü, həyat yoldaşı həmin uduşun qalibi olur. Elariz Məmmədoğlu özü bizimlə görüşüb, bu prosedurdan xəbəri var"./Milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar