`Mən Ben Ladeni necə öldürdüm` – Amerikalı xüsusi təyinatlının XATİRƏLƏRİ
19.04.2017 1824 0.0 0

“Robert O`Nil “Xüsusi təyinatlı: Ben Ladeni öldürən atəşləri necə açdım” adlı xatirələr kitabında Üsəma Ben Ladeni tək özünün öldürdüyünü deyib.

 

Qazeta.info modern.az-a istinadən xəbər verir ki, roman O`Nilin və onun 5 döyüş yoldaşının Ben Ladenin Pakistanın Abbasabad şəhərində yerləşən gizli mənzilinə gəlməsi ilə başlayır.

 

“Biz 2-ci və 3-cü mərtəbələri birləşdirən binaya yaxınlaşdıq. Orada Ben Ladenin ölmüş arvadının yanında avtomatla dayanmış 22 yaşlı oğlu Xalidi gördük. Bu zaman anladıq ki, 1 nömrəli terrorçu yuxarıdadır. Xalidin üzünə atəş açaraq pilləkənlərlə yuxarı qalxmağa başladıq. Bu zaman nəhayət Ben Ladenin öləcəyini düşünürdüm.

 

Dostuma işarə verərək avtomatı doldurduq və pərdələrin arxasına atəş açdıq. Digər 2 qadını hərbçilər yerə yıxdılar və beləliklə, qarşımızda dünyanın axtarışda olan 1 nömrəli terrorçusu dayanırdı. Ben Laden gənc arvadını qalxan kimi istifadə etmək niyyətində idi. Amma 1 saniyədən də az müddətdə düşünərək dərhal qadının sağ çiyni üzərindən nişan aldım və 2 dəfə tətiyi çəkdim. Ben Ladeni başından vurdum və o yerə sərildi”.

 

Robert O`Nil 2012-ci ildə ictimaiyyətin kəskin diqqətinə görə hərbi xidməti sonlandırdığını deyib. O, Ben Ladeni öldürməsinə görə qürurlandığını və digər “dəniz pişikləri”nin buna görə ona nifrətlə baxdıqlarını deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar