`Liverpul` `Mançester Siti`nin məğlubiyyətsizlik seriyasına son qoydu – 4:3
14.01.2018 878 0.0 0

Bu gün İngiltərə Premyer Liqasında 23-cü turun son oyunları keçirlir.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, “Liverpul” "Enfild" stadionunda “Mançester Siti”ni qəbul edib. Oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə bitib.

“Liverpul”un açıq-aşkar üstünlüyü oyunun 9-cu dəqiqəsində nəticə verib, Oksleyd-Çemberleyn hesabı acıb. Birinci hissənin bitməsinə 5 dəqiqə qalmış, qonaqlar hesaba tarazlıq gətirdilər, bu dəfə Leroy Sane qapını süz nişan alıb.

Oyunun 59 və 61-ci dəqiqələrində “Liverpul”dan daha iki qol gəlib, fərqlənənlər Roberto Firmino və Sadio Mane olub – 3:1. 69-cu dəqiqədə Məhəmməd Salah fərqi 3 qola çatdırıb.

“Mançester Siti” ardıcıl 2 qol (84’ – Bernardo Silva, 90’ – İlkay Gündoğan) vurmağına baxmayaraq, məğlubiyyətdən qaça bilməyib.

Beləliklə, 23 turdan sonra "Mançester Siti" 62 xalla 1-ci pillədədir, "Liverpul" isə 3-cü yerə yüksəlib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar