`Lan` qasırğası Yaponiya sahillərinə çatıb, dağıntı və tələfat var
22.10.2017 614 0.0 0

Güclü “Lan” qasırğası Yaponiya sahillərinə çatıb, dağıntı və tələfata yol açıb.

 

Məlumata görə, bu barədə NHK telekanalı məlumat yayıb.

 

Fukuoka şəhərində bir nəfər ölüb. Regionlarda 5,6 min ailənin məcburi evakuasiya ediləcəyi elan edilib, 376 ailəyə isə evlərini tərk edərək daha təhlükəsiz rayonlara getmək tövsiyə olunub.

 

Hazırda “Lan” saatda 45 km sürətlə Xonsyu adasının cənubuna doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 162 km-ə çatır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar