`Kurtlar Vadisi Pusu`nun izləyicilərinə şad xəbər
20.02.2017 2237 0.0 0

Sonuncu dəfə "Kanal D"də yayımlanan "Kurtlar vadisi pusu" serialı yenə kanal dəyişdirir.

Qazeta.info-nun Axsam.az-a istinadən verdiyi məlumatına görə, ekranların ən çox kanal dəyişdirən serialı rekorda doymur. Baş rollarını Necati Şaşmazın, Cahit Kayaoğlunun və Erhan Ufakın canlandırdığı serialın yayımı üçün “Panafilm” TRT kanalı ilə razılığa gəlib.

Belə ki, 10 mövsümdür davam edən "Kurtlar Vadisi Pusu" gələn mövsüm, dayandırıldığı yerdən davam edəcək və cümə axşamları yayımlanacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar