`Kinq-Konq`un aktyoru vəfat edib
09.12.2019 617 0.0 0

Məşhur "Kinq-Konq" filmində və "Ulduzlu yol" teleserialında çəkilmiş Amerika rejissoru və aktyor Rene Oberjonua vəfat edib.

 “Associated Press”ə istinadən xəbər verilir ki, o, ötən gün 79 yaşında dünyasını dəyişib.

"Biz təəssüf ki, Renenin bu gün, bazar günü, 8 dekabrda vəfat etdiyini təsdiq edirik", - deyə aktyorun “Twitter” səhifəsində yayılmış xəbərdə bildirilir.

Rene Oberjonua 1940-cı ildə Nyu-Yorkda doğulub. O, 25-dən çox filmdə, onlarla serialda rol alıb.

Oberjonua "Hərbi-səhra hospitalı", "Kinq-Konq", "Bizonun veylləndiyi yer" və "Bostonun hüquqşünasları" seriallarında, "Ehtirasların anatomiyası", "Ulduzlu yol. Uzaq kosmos 9" bədii film və teleseriallarında çəkilib. /Report/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar