`Kapital Bank`ın bankomatlarından 350 min manat oğurlamış şəxs tutulub
13.12.2017 1078 0.0 0

Bakıda “Azərbaycan Beynəlxalq Bankı”nın bankomatından pul oğurlayarkən tutulan şəxs ətrafında aparılan tədbirlər nəticəsində onun yeni əməlləri məlum olub.

Əldə etdilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulmuş İmişli rayon sakini Orxan Əhmədovun müxtəlif bankomatlardan 350 min manat oğurladığı müəyyənləşib.

Yarılmış bankomatların hamısı “Kapital Bank” ASC-yə məxsus olub. O.Əhmədovun Bakı şəhəri, Şirvan, Biləsuvar və Ucar rayonlarındakı bankomatları qaynaq aparatı ilə yardığı üzə çıxıb.

Fakt üzrə araşdırmalar davam etdirilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar