`Kəpəz` - `Qəbələ` matçında mübahisəli qol vurulub- VİDEO
28.02.2017 1173 0.0 0

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Kəpəz" və "Qəbələ" arasında keçirilən oyunda mübahisəli qol qeydə alınıb. "Report"un məlumatına görə, bu, 36-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Şəhriyar Rəhimovun topu tora göndərdiyi epizodda olub. 

"Qəbələ"nin oyunçuları qolun oyundankənar vəziyyətdən vurulduğunu iddia etsələr də, baş hakim Əliyar Ağayev köməkçisinin də işarəsindən sonra mərkəzi göstərib. Qonaq komandanın etirazlarına baxmayaraq, qərar dəyişməyib. 

Qeyd edək ki, hazırda "Kəpəz" hesabda irəlidədir - 1:0. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar