`Həyat yoldaşım bilmədi ki...` - Əməkdar artist efirdə göz yaşı tökdü – VİDEO
27.02.2018 1349 0.0 0

ARB TV-nin “Səhər Səhər” verlişinin qonağı əməkdar artisti Vaqif Mirzəyev olub.

Bildirək ki, əməkdar artist həyat yoldaşının ölümündən sonra yaşadığı ağır günlərdən danışıb:

“Mən 2 ildi evdən kənara çıxmıram. Bütün dəvətlərdən də imtina edirəm. Elə ay var idi ki, 28 gün toy olurdu. Hamısı da məni istəyən adamlar. Onların heç birinə getmədim. Adi bir çibanın çıxması ilə hər şey birdən oldu. Oturmuşduq divanda söhbət edirdik. Birdən halı dəyişdi. Ayağınnan çıxan çiban bir gün içində çıxıb partdadı, qanını zəhərlədi. Tez həkim gəldi. Həkim mənə dedi ki, Vahid müəllim, bu xanım 5-10 dəqiqəyə komaya düşəcək. Tez xəstəxanaya çatdırmaq lazımdır. Yolda düşdü komaya. Gecə səhərə qədər 4-5 aparatura onun qanını yudu. Qan zəhərlənmişdi. Professorlar, həkimlər gəlmişdi. Səhər saat 1-in yarısında ürəyi dayandı. Heç özü də bilmədi ki, öldü. O hadisədən sonra həyatda hər şey öldü mənim üçün”./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar