`Həmas` Fələstində üçüncü `intifada`nın başlandığını elan edib
13.12.2017 654 0.0 0

Fələstinin “Həmas” hərəkatı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması barədə qərarına etiraz olaraq üçüncü “intifada”nın - üsyanın başlandığını elan edib. 

"RİA Novosti"yə istinadən xəbər verilir ki, bunu “Həmas”ın mətbuat katibi Abdulativ Alkanu deyib. 

"Biz ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü "intifada"nın başlandığını bildiririk. Artıq Qəzza zolağında "intifada"nın başlanması səbəbilə etirazlar artır", - A.Alkanu vurğulayıb./Report/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar