`Gracia Fair Cup` beynəlxalq turnirindən 2 qızıl medal
22.02.2022 391 0.0 0


Fevralın 19-dan 21-dək Macarıstanda bədii gimnastika üzrə ənənəvi “Gracia Fair Cup” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi fərdi və qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri təmsil ediblər. Bədii gimnastlarımız iştirak etdikləri 2022-ci ilin ilk beynəlxalq yarışında onlara bəslənilən ümidləri doğruldublar. Fərdi növdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova çoxnövçülük proqramında uğurla çıxış edərək qızıl medallar qazanıblar.

Yarışda Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəylidən ibarət qrup hərəkətləri üzrə yığma komandanın ikinci heyəti proqramını uğurla nümayiş etdirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar