`Gördüyümüz işə xələl gətirməyin`– Elçin Hüseynovdan ismarıc – VİDEO
04.04.2018 2634 0.0 0

“ARB Ulduz”un “Virtual Həyat” verlişinin növbəti qonağı müğənni Elçin Hüseynov olub.

Müğənni maddi gəlirindən danışıb:

“Arada deyirlər ki, efirə dəvət olunanda, toy mahnılarını efirdə oxumaq olmaz. Cavab verirəm ki, bu, düzgün fikir deyil. Bizim gəlir yerimiz toydandırsa, efirə dəvət olunanda 3 mahnıdan 1-i toyda oxunan mahnı olmalıdır.

Əgər bu gün mənim albomdan, klipdən, konsertdən gəlirim olsa, mən toya getməsəm, efirdə toy mahnısı oxumaram”.

Elçin keyfiyyətsiz iş görən adamların çoxluğundan şikayətlənib:

“Bu yaxınlarda Türkiyədə, Almaniyada, Naxçıvanda, Lənkəranda konsertlərimiz var. Bunlar böyük layihələrdir.

İndi hər kəs can atıb deyir ki, biz də konset vermək istəyirik. Biri deyir İranda konsert proqramı ilə çıxış edəcəyik, biri fars dilində mahnı oxuyur. Bizim etdiyimiz səviyyədə konsert hazırlaya bilirsizsə, edin. Bilmirsizsə, çəkilin kənarda oturun. Gördüyümüz işə xələl gətirməyin”.

Elçin Hüseynovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar