`Google` şirkəti 2017-ci ildə ən çox axtarılan aktyor və musiqiçilərin adlarını açıqlayıb
13.12.2017 934 0.0 0

 "Google" şirkəti 2017-ci ilin ən populyar axtarış mövzularını açıqlayıb.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, aktyorların siyahısında ilk yeri "Fors-major" serialının ulduzu və Britaniya şahzadəsi Harrinin nişanlısı Meqan Markl tutub.

Siyahıda ikinci yerdə cinsi təcavüz ilə gündəmə gəlmiş Kevin Speysi qərarlaşıb. "Möcüzəvi qadın" filmində baş rolu oynayan Qal Qadot isə üçüncü olub.

Musiqi reytinqinin lideri Mançesterdəki konserti zamanı terror aktı törədilən müğənni Ariana Qrande olub.

İkinci yerdə bu il vokalisti Çester Benninqtonu itirən "Linkin Park" qrupu qərarlaşıb.

Sonrakı sıralarda Ledi Qaqa, Maraya Keri və Ed Şiran yer alıblar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar