`Fiorentina`nın futbolçusu 3 oyunluq diskvalifikasiya olunub
29.10.2019 513 0.0 0

İtaliyanın "Fiorentina" klubunun futbolçusu Frank Riberi 3 oyunluq diskvalifikasiya olunub.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, buna "Latsio"ya 1:2 hesabı ilə uduzduqları matçda fransalı yarımmüdafiəçinin yan xətt hakimini iki dəfə itələməsi səbəb olub. 

36 yaşlı oyunçu 89-cu dəqiqədə Roma təmsilçisinin qələbə topunun qeydə alınmasından narazılığını belə formada bildirib. Bunadək isə o, 74-cü dəqiqədə əvəzlənməsinə etiraz edib.

Qeyd edək ki, Frank Riberi "Fiorentina"ya yay transfer dövründə Almaniya "Bavariya"sından azad agent qismində keçib. Onunla illik müqavilə bağlanılıb. Bu mövsüm A Seriyasında 9 oyuna çıxan Riberi 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar