`Facebook`un xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək
12.01.2018 901 0.0 0

“Facebook” sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək.

Bildirək ki, bunu öz “Facebook” səhifəsində sosial şəbəkənin yaradıcısı Mark Sukerberq elan edib.

“Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi”, — deyə məlumatda bildirilir.

O, həmçinin əlavə edib ki, əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq, orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək.

Sukerberq həmçinin xatırladıb ki, “Facebook” insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlər, xəbər nəşrləri və bredlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar