`Facebook` sosial şəbəkədə reklama nəzarəti gücləndirəcək
19.02.2018 912 0.0 0

"Facebook" sosial şəbəkəsi 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkilərə "Rusiyanın müdaxiləsi" qorxusuna görə reklam elanları alıcıları üçün əlavə testlər tətbiq edəcək.

"Associated Press"ə istinadən xəbər verilir ki, şirkət elektron poçt vasitəsi ilə alıcının ABŞ-da yaşadığını təsdiq etməsi üçün xüsusi kod yazılan açıqca göndərəcək.

Sonra alıcı xüsusi kodu tətbiq edərək reklam elanının alışını davam etdirəcək.

Bildirilir ki, 2018-ci ilin noyabrında keçirilən aralıq seçkilər zamanı əlavə yoxlama tətbiq olunacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar