`Fəlakət` evlənir: Toy tarixi dəqiqləşib
08.02.2018 1166 0.0 0

“Bozbaş Pictures” komandasının “Fəlakət”i, tanınmış aktyor Elşən Orucov yaxın günlərdə toy etməyə hazırlaşır.

Qazeta.info bildirir ki, bu barədə aktyor Oxu.az-ın suallarını cavablandırarkən məlumat verib.

O deyib ki, mart ayının ilk həftəsində toy edəcək:

“Toy tarixi dəqiqləşib. Martın 5-i toyumdur. Hazırlaşıram”.

Qeyd edək ki, E.Orucov sentyabr ayında gizli şəkildə İlahə adlı xanımla nişanlanıb. İlahənin ATV-də çalışdığı deyilir. Onların toyu paytaxtın dəbdəbəli məkanlarından birində olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar