`Eurovision-2022`-nin aparıcıları məlum olub
03.02.2022 499 0.0 0

Bu il "Eurovision-2022"yə  ev sahibliyi edəcək İtaliya, "Eurovision-2022"-nin aparıcılarının Laura Pausini, Alessandro Kattelan və Mika olacağını açıqlayıb.

Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, bu barədə tədbirin saytında məlumat verilib.
Müsabiqəni idarə edəcək üçlük, iki yarımfinal və 10, 12 və 14 may tarixlərində keçiriləcək mahnı müsabiqəsinin finalını idarə edəcək.

Laura Pausini — İtaliya müğənnisi, bir çox nüfuzlu mükafatların, o cümlədən "Qremmi" və "Qızıl qlobus" mükafatlarının laureatıdır.

Alessandro Cattelan  — İtaliya televiziya aparıcısı. "Total Request Live", "Le Iene" və "The X Factor" (İtaliya) kimi şou-verilişləri ilə tanınır.

Mika — Amerika-Livan mənşəli britaniyalı müğənni. O, "The Voice"in fransız versiyasını və "X Factor"un italyan versiyasını idarə etmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar