`Disney` 2019-cu ilin kassa rekordunu vurdu
04.01.2020 14785 0.0 0

2019-cu ilin sonuna olan göstəricilərə əsasən, "Disney" studiyası yeni rekord vuraraq dünya üzrə kassa mədaxilinə görə 11.1 milyard dollar qazanıb.

Məlumata görə, "Disney" və "Fox"un ümumilikdə kassa gəlirləri 13,1 milyard dollar təşkil edib - 4,3 milyardı ölkə daxilində və 8,8 milyardı xarici ölkələrdə.

Ekspertlər belə yüksək göstəricilərin yaxın zamanlarda təkrar olunmayacağını hesab edir. Belə uğur əsasən "Qisasçılar: Final", "Kapitan Marvel", "Oyuncaqların məcarələri 4", "Şahzadə Aslan", "Ələddin" və "Soyuq ürək 2" - hər birisi 1 milyard dollardan çox gəlir gətirən altı filmin sayəsində olub.

"Disney" kino sənayesi tarixində ilk dəfə belə nəticələr əldə edib. Əvvəlki rekord eyni studiya tərəfindən 2016-cı ildə qoyulmuşdu (7.6 milyard dollar)./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar