`CNN`in aparıcısı Trampı zəhərləmək istəyini bildirib
16.09.2017 653 0.0 0

Amerikalı baş aşpaz, yazıçı və "CNN" telekanalının aparıcısı Entoni Burden bildirib ki, ABŞ prezidenti Donald Trampı və KXDR lideri Kim Çen Inı zəhərləmək istəyərdi.

Məlumata görə, o, bunu "TMZ" telekanalına müsahibəsində bildirib.

Kim Çen Inla Trampın barışıq süfrəsinə nə gətirəcəyi barədə suala Entoni Burden "Boliqolov", - cavabını verib.

Boliqolov bütün hissələri çox zəhərli olan bitkidir. Ehtimala görə, Sokrat məhz boliqolov şirəsi ilə zəhərlənib.

"Əlbəttə, Burden zarafat edib. Yəni biz güman edirik ki, o, zarafat edib", - deyə "Mediaite" portalı müsahibəni şərh edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar