`Cibgir Elçin`in apellyasiya şikayətinə baxılır
07.10.2016 598 0.0 0

Bakı Apellyasiya Məhkəməsində "Oğru aləmində" "cibgir Elçin" ləqəbi ilə tanınan və hazırda həbsdə olan Elçin Kərimduxtun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

 

Məlumata görə, ilkin baxış iclasında təqsirləndirilən  şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 13-nə təyin edilib.

 

Qeyd edək ki, o, həbsdən vaxtından əvvəl azad olunması üçün Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyindən apellyasiya şikayəti verib.

 

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıtda  cibgirliklə məşğul olan E. Kərimduxt tutulub. Onun üzərindən narkotik vasitə götürülüb. E. Kərimduxt 2005-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunub. E. Kərimduxt “oğru” aləmində “cibgir Elçin” kimi tanınır. O, məhkəmə hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar