`Boka Xuniors` klubu 32-ci dəfə Argentina çempionu olub
21.06.2017 640 0.0 0

Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib.

Məlumata görə, “Boka Xuniors” klubu mövsümün başa çatmasına iki tur qalmış birinci yeri rəsmiləşdirib.

Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici “Banfild”in XXIX tur çərçivəsində səfərdə San-Lorensoya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib. Hesabında 59 xal olan “Boka Xuniors” 54 xal toplayan “Banfild” üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Boka Xuniors”un tarixi ərzində 32-ci çempionluğudur. Ən çox qızıl medallara sahib çıxan kollektiv isə “River Pleyt”dir. Paytaxt klubu 36 dəfə rəqiblərini arxada qoyub. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar