`Beş mərtəbə` dairəsi ləğv olunaraq parka birləşdirilib- FOTO
27.04.2017 827 0.0 0

Yasamal rayonu Akademik Milli Dram teatrının və "Təzəpir" məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir. Qazeta.info bildirir ki, bunu APA-ya açıqlamasında "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

 

Onun sözlərinə görə, artıq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb: "Nəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər".

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar