`Barselona` Koutinyonu icarəyə verib
07.01.2022 361 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

İspaniyanın "Barselona" klubu futbolçusu Filippe Koutinyonu icarəyə verib.

Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək İngiltərə "Aston Villa"sında çıxış edəcək.

Premyer Liqa təmsilçisi mövsümün sonunda braziliyalı oyunçunu satın almaq hüququna malikdir.

Xatırladaq ki, Filippe Koutinyo 2018-ci ildən "Barselona"da çıxış edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar