`Barselona` fransalı futbolçunun müqaviləsini uzadıb
10.01.2022 361 0.0 0

İspaniya "Barselona"sı futbolçusu Samuel Umtiti ilə yeni müqavilə imzalayıb.

Klubun rəsmi saytına istinadən xəbər verilir ki, fransalı müdafiəçinin sözləşmə müddəti 2026-cı ilin yayınadək uzadılıb.

29 yaşlı oyunçu əvvəlki müqavilədə qalan 1,5 il üçün almalı olduğu maaşın bir hissəsindən imtina edib.

Xatırladaq ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar