`Aztelekom` MMC Aztelekom-da maliyyə fırıldağı` məqaləsinə cavab verib
24.01.2022 222 0.0 0

Məlumatda bildirilir ki, ötən ilin sentyabr ayında “Aztelekom” MMC telekommunikasiya xidmətlərinin müasir dövrün tələblərinə uyğun təşkili məqsədi ilə internet tariflərində dəyişiklik edib. Bu zaman ADSL texnologiyası əsasında xidmət alan istifadəçilər üçün internetin sürəti artırılıb, aylıq ödəniş haqqı minimum 35 %-dək endirilib.

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağırhəcmli yükləmələr və digər əməliyyatların sürətli icrasınaimkan yaradıb.

Tətbiq edilmiş yeni tariflər barədə istifadəçilərin Kütləvi İnformasiya Vasitələri və sosial media hesablarımız üzərindən məlumatlandırılması təmin edilib.

Tarif dəyişikliyi zamanı mövcud istifadəçilərin internet tarifləri olduğu kimi saxlanılıb. Bu məqsədlə vətəndaşların məlumatlandırılması üçün tərəfimizdən mütəmadi “telesatış” zəngləri təşkil edilir. İstifadəçilərə virtual dərslərə qoşulma, onlayn oyunlar, böyük həcmli yükləmələr zamanı çətinliklərin yaranmaması üçün internet sürətini könüllü şəkildə, sərfəli şərtlərlə artırmaları tövsiyə edilir. Hazırda mövcud istifadəçilər əlavə vaxt itirmədən və rabitə xidmətləri mərkəzlərinə yaxınlaşmadan da yenilənmiş tariflərə qoşula bilirlər.

“Aztelekom”un rəsmi veb-saytı üzərindən “mövcud tarifi dəyiş” bölməsində  internet sürətini asanlıqla yeniləmək mümkündür. Sözügedən funksiyadan istər optik, istərsə də ADSL xidməti
alan bütün istifadəçilər yararlana bilirlər. “Aztelekom” MMC xidməti ərazisinə daxil olan Bakıətrafı qəsəbələrdə və regionlarda telekommunikasiya xidmətlərinin müasir standartlarla təşkili istiqamətində genişzolaqlı optik şəbəkənin inşasını həyata keçirir. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical
Network–Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır https://www.aztelekom.az/az/menu/140-tarifler Redaksiyanızdan   Abşeron  rayonu Digah və Mehdiabad qəsəbələrində optik xidmətlərə qoşulma zamanı 200-250 AZN tələb olunan vətəndaşların məlumatları təqdim olunarsa tərəfimizdən müvafiq araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək. Əlavə olaraq bildirək ki, “Aztelekom” MMC internet tariflərini dünya bazarında müşahidə edilən qiymətlər əsasında tənzimləyir. ADSL texnologiyasının məhdud imkanları çərçivəsində yüksəksürətli xidmətlərin göstərilməsində çətinlik yaranır. Gələcəkdə optik şəbəkəyə tam keçid qiymətlərin nizamlanmasını daha da
asanlaşdıracaq. Davamlı yüksək xidmət keyfiyyətinin saxlanılması və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə Aztelekom-un müraciətlərin qəbulunu 24/7 həyata keçirən 170 Çağrı Mərkəzi, sosial şəbəkələrdə hesabları (www.facebook.com/Aztelekom https://twitter.com/AztelekomMMC https://www.instagram.com/aztelekom_llc/ ) mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar