`Azəryol` yetkilisi yoluna asfalt çəkir, bələdiyyə isə öz adına çıxır- FOTO/VİDEO
11.11.2019 1040 0.0 0

Abşeron rayonu, Mehdiabad qəsəbəsində abadlıqdan əsər-əlamət yoxdur. Hər ilin yağışlı günlərinin başlaması ilə, bu qəsəbə sakinlərinin də keşməkeşli günləri başlayır. Mərkəzdən bir neçə kilometr məsafədə yerləşən qəsəbə ucqar bir kəndi xatırladır. Yolların  yararsız vəziyyətdə olması həm avtomobillərin, həm də piyadaların hərəkətinə çətinlik yaradır.

Adı çəkilən qəsəbənin yolları qış aylarında elə bir bərbad günə düşür ki, burada yaşayan sakinlər evlərini qoyub, qəsəbənin mərkəz yoluna yaxın ərazilərində və ya paytaxt ərazilərində kirayə ev axtarmaq məcburiyyətində qalırlar. Mehdiabad sakinlərinin bildirdiyinə görə, qəsəbənin məmurlar yaşayan hissəsinin küçələri asfaltlandığı üçün palçıq yoxdur. Ancaq məmur olmayan, sadə vətəndaşların yaşadığı küçələrdə isə palçıqdan hərəkət etmək olmur. Bildirək ki, qəsəbədə imkanlı şəxslər yolları öz şəxsi vəsaitləri hesabına təmir etdirsələr də, bələdiyyə sədri bu təmiri bələdiyyənin işi kimi təqdim edir.

Sakinlər bildirirlər ki, dəfələrlə yollardakı xoşagəlməz vəziyyətlə bağlı bələdiyyə sədri Əbülfət Nuriyevə şikayət etsələr də şikayətlərinə baxılmayıb. Əksinə bu günlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın  Mehdiabad qəsəbəsində vətəndaşlarla görüşü zamanı, yollardakı problemlər ilə əlaqədar qəbula düşmək istəyən həmin vətəndaşları tanıyan bələdiyyə rəhbərliyi sakinlərə icra başçısı ilə görüşməyə imkan verməyib. 

Lakın qeyd edilən hadisədən bir neçə gün sonra, yerli televiziya kanallarının birində intervü verən bələdiyyə sədri Əbülfət Nuriyev, məhəllələr arası yollara bələdiyyə tərəfindən asfalt örtüyünün çəkildiyini bildirib.

Əldə etdiyimiz məlumata görə, videoda əks olunan yolda, sakinlər öz hesabına dəfələrlə təmir işləri aparıb. Lakin son asfaltlama işləri isə yaşamaq üçün qeyd edilən küçəyə yeni daşınmağı planlaşdıran, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli şəxslərindən birinin darvazasına kimi aparılıb.

Bundan başqa, bildirək ki, mətbuata açıqlaması zamanı, Ə. Nuriyev bildirir ki, bu ilin sonuna kimi Mehdiabad qəsəbəsində palçıqlı yol qalmayacaq. Qeyd edək ki, artıq il yekunlaşmaq üzrədir, lakin qəsəbə yolarında, son təmir işindən, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli şəxsinin yolundan başqa, yol təmir olunmayıb.

Qeyd edilən video görüntüləri oxuculara təqdim edirik.

 

 

 

 

 

 

Əslində Mehdiabadda əksər yollar bu video görüntülərdə əks olunan vəziyyətdədir.

 

 

 

Məktəb yolunun "təmiri"

Mehdiabadda yaşan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli şəxsinin yolu

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar