`Aqrolizinq`in Şabran bölməsinin əməkdaşı itkin düşüb
09.08.2017 723 0.0 0

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşı itkin düşüb. Məlumata görə, Şabranın Ağalıq kənd sakini, 1963-cü il təvəllüdlü Əhmədov Əlisultan Məmməd oğlu 5 gün öncə evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailə üzvləri onun itkin düşməsi barədə Şabran rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər.

Şabran RPŞ-dən verilən məlumata görə, Ə.Əhmədovun axtarışları davam etdirilir.

 

Həmin şəxs barəsində məlumatı olanlardan Şabran RPŞ-nə və (02335) 3-23-05, (050) 385-63-74,(050) 300-00-17 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar