`Akkord-Tekstil`də yanğın olub, FHN-in polkovnik-leytenantı xəsarət alıb
23.10.2017 615 0.0 0

Ağstafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.

Məlumata görə, hadisə rayonda yerləşən "Akkord-Tekstil" fabrikində baş verib. Ümumi sahəsi 600 kvadrartmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb. 

Hadisə yerinə FHN-in Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəsi, polkovnik-leytenant Sənan Mansurov xəsarətlər alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrini kəsib.

Yanığının baş vermə səbəbləri araşdırılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar